Aktaudakı qəzadan sonra Soçiyə uçuşları bərpa etdilər

media-hightechnic-468x90

Birləşmiş Ərəb Əmirliklərinin Flydubai dövlət aviaşirkəti yanvarın 3-dən Dubaydan Soçiyə birbaşa uçuşları bərpa edəcək. 

Yenicag.az xəbər verir ki, bu barədə Soçi hava limanı məlumat yayıb.

Bildirilib ki, “Boeing 737” ilə Dubaya həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və şənbə günləri uçmaq mümkün olacaq.

Aviadaşıyıcı Aktauda baş verən təyyarə qəzası fonunda dekabrın 28-dən yanvarın 5-dək Soçi və Mineralnıye Vodıdan Dubaya müntəzəm uçuşları dayandırdığını elan etmişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa