!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aktaudan yola düşən FHN-in xüsusi təyyarəsi Bakıya çatdı - YENİLƏNDİ

!Reklam – Yazi

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Aktauya göndərilmiş Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya gətiriliblər.

Yenicag.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Yeddi nəfər zərərçəkmişi gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib.

***18:24

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Aktauda olan Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya yola düşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, vətəndaşları Qazaxıstanın Manqistau vilayəti başçısının müavini Tileqen Abişev və Aktau şəhərinin meri Abilkair Baypakov yola salıblar.

Əlavə məlumat veriləcək.

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv