Moskvadan “Rus evi” ilə bağlı YENİ XƏBƏR

media-hightechnic-468x90

Moskva Bakıda “Rus evi”nin fəaliyyətinin bərpası üçün işləri davam etdirəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə açıqlamasında bildirib ki, Moskva Bakıda “Rus evi”nin fəaliyyətinin yenidən bərpası istiqamətində fəaliyyətini davam etdirir.

“İşləməyə davam edəcəyik”, – deyə o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində sualı cavablandırarkən qeyd edib.

Xatırladaq ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra 2025-ci il fevralın 3-də “Rus evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05