Nigeriyada silahlı şəxslər yeddi şagirdi qaçırıblar
Nigeriyada bir qrup silahlı şəxs məktəbin yaxınlığındakı yataqxanaya basqın edərək yeddi şagirdi qaçırıb.
Yenicag.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Məlumata görə, hücum səhər saatlarında Zamfara ştatının Kaura-Namoda rayonunda baş verib.
Yerli polisdən bildirilib ki, şagirdlərdən biri hücum edənlərin əlindən qaçmağı bacarıb və təhlükəsiz yerdədir. Hazırda qalan altı şagirdin hara aparıldığı məlum deyil, onların axtarışları davam etdirilir.
Ştat rəhbərliyi uşaqların azad edilməsi üçün qüvvələri səfərbər edib.
Qaçırılan şagirdlərin valideynləri xilasetmə əməliyyatının sürətləndirilməsi üçün hökumətə müraciət ünvanlayıblar.
Beynəlxalq hüquq-müdafiə təşkilatları ölkədə təhsil müəssisələrinə hücumların sayının artmasından narahatlıqlarını ifadə ediblər./oxu.az/












