Aktrisadan İRONİYA: “Professor qardaş, hələ gör, 40-dan sonra kişilər kişiliyə yarayır?!” – VİDEO
“Professor qardaş, qadınları deyirsən, hələ gör 40-dan sonra bəzi kişilər kişiliyə yarıyır, ya yox?”
Tanınmış həkim, professor Adil Qeybullanın “bizim qadınlar ki 40 yaşdan sonra pilləkən düşə bilmir” açıqlaması xanımlar tərəfindən narazılığa səbəb olub.
Yenicag.az-a açıqlama verən tanınmış aktrisa Könül Yusifqızı qadınların müdafiəsinə qalxaraq, qarşı tərəfin cavabını verib:
“Bizim qadınlar nəinki 40 yaşında 60 yaşda da at belində olublar. Deməli, o qadına kişisi yaxşı baxmayıb. Əksinə, kişilər 35-i keçən kimi qarın buraxırlar. Professor qardaş, gör, 40-dan sonra bəzi kişilər kişiliyə yarıyır, ya yox?!”
Qeyd edək ki, A. Qeybulla açıqlamasında qadınların fiziki aktivliyinin zəif olmasını əsas gətirərək sözügedən fikirləri əsas gətirib.
Nehru
Samir Məcidov