Aktrisanın 1 milyonluq BİLƏRZİYİ: Qala-gecəsinə kim öz damğasını vurdu?

media-hightechnic-468x90

Türkiyədə rəqəmsal platformada yayımlanan “Bihter” filminin qala-gecəsi baş tutub.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Halit Ziya Uşaklıgilin “Aşk-ı Memnu” romanı əsasında çəkilən “Bihter” filiminin aktyor heyəti təşkil olunan mərasimdə öz görünüşləri ilə diqqət çəkiblər.

Xüsusilə, filmdə Firdevs obrazını canlandıran aktrisa Hande Ataizi libası və bilərziyi ilə müzakirə obyektinə çevrilib.

Onun qolundakı “Bvlgarı” brendinə məxsus bilərziyin qiymətinin nə az nə çox, düz 1 milyon dollar (təxminən 1.700.000 AZN) olduğu üzə çıxıb.

Hətta, həmin brendin aktrisanın mühafizəsi üçün iki cangüdən göndərdiyi də məlum olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600