Aktyor aparıcıları QINADI: “Sənəti olmayanı sənətkar kimi təqdim edirlər”
“Bu gün sənəti o qədər ucuzlaşdırıblar ki, əlinə mikrofon alana müğənni, hansısa film, ya serialda görünənə aktyor deyirlər”.
Yenicag.az xəbər verir ki, bu sözləri aktyor Reşat Kəsəmənli “Tarixin bir günü” verilişində deyib.
Aktyor, sənət cameəsində yaşanan hərc-mərcliyə görə təəssüf hissi keçirdiyini bildirib:
“Bu sənətə aid olmayan bir insanı tamaşaçıya sənətkar kimi təqdim edirlər. Kimsə, bir filmdə dalbadal görürlərsə, deyirlər, yəqin bu, yaxşı aktyordur. Yəni, çox görürlərsə, onu yaxşı kimi qələmə verirlər. Aparıcılarda da günah çoxdur. Verilişlərin birində qonaq idim. Rasim Balayev, mən, bir də hansısa bir nəfəri tapıb gətiriblər. O adam həmin vaxt serialların birində arxa fonda “o yan, bu yana gedib”. Hamımızı da titrdə aktyor kimi təqdim etdilər. Mən mikrofonu götürdüm və dedim, baxmayaraq ki, uzun illərdir bu sənətlə məşğulam, amma hələ öyrənirəm və Rasim Balayev kimi sənətkarın yanında adımın altına aktyor yazılmasına görə utanıram. Yəni sənəti o qədər ucuzlaşdırıblar ki, əlinə mikrofon alana müğənni, hansısa film, ya serialda görünənə aktyor deyirlər”.
Nehru