Yaponiya Xarici İşlər naziri Lavrovla yeni təmaslar planlaşdırmır
Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi hələlik Rusiyanın xarici işlər naziri Sergey Lavrovla yeni görüş keçirməyi planlaşdırmır.
Yaponiyanın Xarici İşlər Nazirliyindən TASS-a bildirilib ki, iyulun 21-də Motegi “köhnə tanışı” Sergey Lavrovla qısa salamlaşaraq ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Qurumdan qeyd edilib ki, hazırda Yaponiya və Rusiya xarici işlər nazirləri arasında yeni təmasların keçirilməsi ilə bağlı konkret plan mövcud deyil.













