Aktyor işsizlikdən CANA DOYDU: “Ümidim nazirədir”
“Yaradıcı insanın sənətindən uzaq düşməsi çox ağırdır. Təsəvvür edin nə tamaşada oynayıram, nə seriala çəkilirəm, nə də dublyaja dəvət alıram. Amma yenə də ümidlə gözləyirəm…”
Bu sözləri Yenicag.az-a açıqlamasında aktyor Allahverdi Yolçuyev deyib.
Aktyor səhhətindəki problemin aradan qalxmasına rəğmən hələ də yaradıcılıqla məşğul ola bilmir:
“Səhhətim normaldır, amma yaradıcılıq haqqında sual verməyin. Çünki yaradıcılığımda durğunluqdur. Nə film, nə serial, nə tamaşa, nə dublyaj – heç birində yoxam. Əlbəttə yaradıcı insan üçün çox ağırdır. Aktyor əgər yaradıcılıqla məşğul deyilsə, sanki sudan çıxarılmış balıq kimidir. Amma ümidlə gözləyirəm, mədəniyyət nazirindən çox şeylər gözləyirəm. İnanıram ki, mənim işsizliyimə son qoyacaq. Mən də hansısa bir teatrda tamaşa oynayaram, seriallara, filmlərə çəkilərəm. Artıq səhhətim də buna imkan verir. Amma oturmuşam evdə, qulağım səsdə, gözləyirəm”.
Cəvahir












