“Aldığımız dolları məzənnə qalxmasın deyə ölkəyə gizli şəkildə gətiririk”

media-hightechnic-468x90

“ABŞ rəhbərliyi 3 ildir hüquqi əsas olmadan İranı iqtisadi blokadaya alıb”.

Yenicag.az xəbər verir ki, bunu İranın vitse-prezidenti Möhsün Rzayi deyib.

O, ABŞ-ın sanksiyaları səbəbindən qeyri-qanuni yollarla neft satdıqlarını və müqabilində aldıqları pulları gizli şəkildə ölkəyə gətirdiklərini bildirib:

“Neftimizi qeyri-qanuni satırıq və müqabilində aldığımız dolları məzənnə qalxmaması üçün ölkəyə gizli şəkildə gətiririk”.

Rzayi daxili sanksiyaların xarici sanksiyalardan daha təhlükəli olduğunu, sahibkarların və gənclərin yolunu kəsən maneələri aradan qaldırmağa çalışdıqlarını bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600