Aleksandr Dugin Bakıya gəlib

Mayın 1-də məşhur rusiyalı ictimai-siyasi xadim, filosof və politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin Bakıya gəlib.

Yeniçağ.az virtualaz.org-a istinadən xəbər verir ki, Dugin Bakıya Azərbaycan rus icmasının dəvəti ilə təşrif buyurub.

Duginin Bakı səfərinin proqramına rəsmi şəxslərlə və ictimai təşkilatlarla görüşlər, Bakı Slavyan Universitetində mühazirə, Azərbaycan rus icmasının nümayəndələri ilə görüş, ölkənin elmi və intellektual dairələrində görüşlər daxildir.

Yeniçağ.az