Malyuk Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərliyindən istefa verib

media-hightechnic-468x90

Ukrayna Təhlükəsizlik Xidmətinin hazırkı rəhbəri Vasili Malyuk prezidentin birbaşa göstərişi ilə istefa verib.

Yenicag.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksiy Qonçarenko “Telegram”da bildirib.

Bu xəbər Dövlət Sərhəd Xidmətinin rəisi Sergey Deynekonun vəzifəsindən azad edilməsi ilə eyni vaxta təsadüf edib.

A.Qonçarenko bəyan edib ki, Vasili Malyuk Prezident Volodimir Zelenskinin tələbi ilə vəzifəsindən istefa verib.

Hələlik yeni rəhbərin təyin edilməsi ilə bağlı rəsmi fərman yoxdur, lakin ekspertlər və siyasətçilər artıq Yevgeni Xmaranın namizədliyini müzakirə edirlər. O hazırda Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyat Mərkəzinə rəhbərlik edir və xidmət rəisinin səlahiyyətlərini icra etmək üçün ən optimal namizəd hesab olunur. Hökumətdəki islahatlar fonunda V.Malyukun istefasının səbəbləri rəsmi şəkildə şərh edilməyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa