Sosial sığorta yoxsa "sosial zərbə"? - "Kəndlinin son ümidini də kəsirlər"

media-hightechnic-468x90

Azərbaycanda sosial sığorta haqlarının artırılması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə bu artımın kiçik torpaq sahibləri və gəliri məhdud olan şəxslərə təsiri diqqət mərkəzindədir.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli sosial sığorta haqlarının artırılmasının həm müsbət, həm də riskli tərəflərindən danışıb.

media-akif-nesirli

Onun sözlərinə görə, sosial sığorta haqqının artırılması əsasən Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığını təmin etmək və əhalinin gəlirli qruplarını sosial sığorta sisteminə cəlb etmək məqsədi daşıyır:

“Bu artım pensiya, işsizlik müavinəti və digər sosial ödənişlər üçün əlavə maliyyə mənbəyi yaradır və sosial ədalətin güclənməsinə xidmət edir. Eyni zamanda, əhalinin yaşlanması və qeyri-formal iqtisadiyyatın həcminin azaldılması kimi iqtisadi zərurətlər də bu addımı şərtləndirən əsas amillər sırasındadır”.

İqtisadçı qeyd edib ki, kiçik torpaq payına sahib olan və gəliri məhdud şəxslər üçün sığorta haqlarının artırılması əlavə maliyyə yükü yaradır və onların büdcəsini ciddi şəkildə sıxışdıra bilər:

“Bəzi torpaq sahibləri artan xərclər səbəbindən torpağı işlətməkdən imtina edə və ya qeyri-rəsmi fəaliyyətə üstünlük verə bilərlər ki, bu da həm onların gündəlik həyatına, həm də ümumi iqtisadi aktivliyə mənfi təsir göstərə bilər”.

Akif Nəsirli vurğulayıb ki, uzunmüddətli perspektivdə sığorta haqlarının yığılması sosial təminat sisteminin dayanıqlığını gücləndirə və gələcəkdə pensiya və müavinət ödənişlərinin təmin olunmasına töhfə verə bilər:

“Lakin bu müsbət nəticə yalnız ödənişlərin səmərəli toplanması, qeyri-rəsmi fəaliyyətin azaldılması və gəlir səviyyəsinə uyğun diferensial ödəniş mexanizmlərinin tətbiqi ilə mümkün olacaq. Əks halda, əlavə maliyyə yükü kiçik torpaq sahibləri üçün iqtisadi çətinlikləri dərinləşdirə və qeyri-rəsmi iqtisadiyyatın genişlənməsinə yol aça bilər”.

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa