Aleksandr Lukaşenko: “Xarici qüvvələr İkinci Dünya müharibəsini yaddaşını silməyə çalışırlar”

media-hightechnic-468x90

 

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, xarici düşmənlər Böyük Qələbənin varislərinə qarşı müharibəyə hazırlaşır və ictimai şüurdan İkinci Dünya müharibəsinin qəhrəmanlıq dolu səhifələrini silmək istəyirlər.

Yenicag.az xəbər verir ki, bu barədə Belarusun BelTA agentliyi məlumat yayıb.

“Müharibəyə hazırlaşırlar və bunu gizlətmirlər. Onlara mane olan odur ki, sovet xalqının qəhrəmanlığının xatirəsi bizim qəlbimizdə və beynimizdə yaşayır. Lazım gələrsə, torpağımızı əcdadlarımız kimi müdafiə edəcəyik. Məhz buna görə də bu xatirəni silmək istəyirlər. Amma biz mövqeyimizdə qətiyik və bu, xüsusilə bu günlərdə çox vacibdir”, – deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, xaricdən daima “qələbə mövzusunu keçmişdə qoymağa” və həmin dövrün hadisələrini unutmağa çağırışlar edilir.

“Biz o yaddaşı itirən kimi, hər şey yenidən təkrarlanacaq. Bəs niyə deyirlər ‘bəsdir’? Çünki bizə nümunə olan Qələbəni yaddaşımızdan silmək istəyirlər”, – deyə Belarus lideri əlavə edib.

Bu kontekstdə Lukaşenko həmçinin Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyata da toxunaraq bildirib ki, hələ çox şey baş verəcək.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600