Ali Kan: “İş adamı ölkəyə gətirdiyi investisiya ilə tanınmalıdır, pozları ilə yox” - VİDEO
“Kimisə hədəf almırıq. Əksinə, bu ölkəni sevən hər kəsi daha çox iş görməyə, daha böyük dəyər qoymağa çağırırıq.”
Bunu Yenicag.az-a açıqlamasında Türkiyəli jurnalist, “Time Media” şirkətinin direktoru Ali Kan deyib.
O, Türkiyə və Azərbaycan arasındakı iş əməkdaşlığının faktiki vəziyyətindən danışıb.
Jurnalist suallar ünvanlayaraq, “bu gün Azərbaycandakı türk iş dünyasına bəlkə də yüksək səslə verilməyən sualı verəcəyik: Bu ölkəyə gerçəkdən kim nə qədər investisiya gətirib?” deyib.
Əlavə edib ki, Azərbaycan bizim üçün təkcə qardaş ölkə deyil, eyni zamanda əmək verilməli olan bir vətən parçasıdır.
“Bu ölkənin insanı, torpağı, gənci real yatırımı, real məşğulluğu haqq edir. Türkiyədən mal gətirib burada satmaq əlbəttə ki, ticarətdir, buna sözümüz yoxdur. Amma bu, investisiyadırmı?
İnvestisiya burada fabrika qurmaq, istehsal etmək, ofislər açmaq, Azərbaycan gəncinə iş vermək, burada vergi ödəmək, texnologiya gətirməkdir. Kimisə hədəf almırıq. Əksinə, bu ölkəni sevən hər kəsi daha çox iş görməyə, daha böyük dəyər qoymağa çağırırıq. Çünki həqiqi iş adamı pozlarla deyil, açdığı iş yerləri və qoyub getdiyi qalıcı dəyərlə tanınır.
Qarşıdakı dövrdə “Time Media” olaraq rəqəmləri, layihələri, konkret yatırımları bir-bir müzakirə edəcəyik. Siz də rəy bölməsində yazın. Bu gün Azərbaycanda daha çox nə var? İnvestisiya, yoxsa poz?”, – deyə o yekunlaşdırıb.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli












