Ali Məclisə sədr müavini seçildi-Foto
Aprelin 11-də Ümid Partiyasının Mərkəzi Qərargahında Ümid Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib.
Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, sessiyada ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın parlament seçkilərinə hazırlığı ilə bağlı partiyanın sədri İqbal Ağazadənin məruzəsi dinlənilib. Sonra Anar İsayev partiya sədrinin Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə müavini vəzifəsinə təsdiq olunub. Təşkilati məsələlərə baxılıb.
Tovuz Rayon Şöbəsinin sədri Nağıyev Emin Şahvələd oğlu və Binəqədi Rayon Şöbəsinin sədri Hacıyeva Ulduza Qurban qızı Ali Məclis üzvü təsdiq olunublar. Partiya sədrinin müavini təyin olunması ilə əlaqədar Anar İsayev Ali Məclis sədrinin müavini vəzifəsindən azad edilib. Tamilla Məmmədova partiyanın Ali Məclis sədrinin müavini seçilib.