Ali Məhkəmənin hakimi koronavirusa yoluxdu - FOTO

media-hightechnic-468x90

Ali Məhkəmənin hakimi İnqilab Nəsirov koronavirusa yoluxub.

Yenicag.az Unikal.org-a istinadla xəbər verir ki, 2003-cü ildə açıq ürək əməliyyatı keçirən hakimin indiki vəziyyətinin kritik ağır olduğu bildirilir.

Qeyd edək ki, İnqilab Nəsirov 2003-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, 2004-2007-ci illərdə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi sədrinin müavini, 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb.

2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600