Ali Məhkəmənin sədrini əvəz edən şəxs KİMDİR?

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, martın 6-da Ali Məhkəminin sədri Ramiz Rzayevin səlahiyyət müddəti bitib.

media-banner_tuq

Yenicag.az-ın məlumatına görə, Ali Məhkəmənin sədri vəzifəsi müvəqqəti olaraq sədr müavini Çingiz Əsgərova həvalə olunub.

Qeyd edək ki, Çingiz Əsgərov 2000-2003-cü illərdə Avropa Şurası yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyinin 1-ci katibi olub.

2003-2020-ci illərdə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri vəzifəsini tutub. 2020-ci ildə isə Ali Məhkəmənin hakimi və sədr müavini təyin edilib.

Ç. Əsgərov həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsidir. /Unikal/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05