Ali məktəbə imtahansız qəbul: Kimlərin şansı daha çoxdur? - AÇIQLAMA/VİDEO

media-hightechnic-468x90

Yalnız 2012-ci ildən sonra kolleci bitirənlər ali məktəbə imtahansız qəbul olunacaqlar.

Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Yenicag.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov şərtləri açıqlayıb. O bildirib ki, kolleci bitirən məzunlar ali məktəblərin boş qalan plan yerlərinə qəbul oluna biləcəklər. Onlar ödənişli əsaslarla təhsil almaq imkanı qazanacaqlar.

Kollecləri fərqlənmə ilə bitirənlərin isə universitetlərə qəbul şansı daha yüksək olacaq.

Ekspert qeyd edib ki, kollec məzunlarının qiymətləri 250-300 bal arasında dəyərləndiriləcək.

Kolleclərdə qiyabi və əyani təhsil almalarına baxmayaraq, onlar ali məktəblərdə aldıqları baldan və boş qalan plan yerlərindən asılı olaraq, əyani və qiyabi oxuya bilərlər.

Bu barədə daha ətraflı məlumatla tanış olmaq üçün videonu təqdim edirik:

Cəvahir

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600