!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ali məktəblərə qəbulla bağlı ilk sınaq imtahanı keçirildi

!Reklam – Yazi

Bu gün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün respublikanın 18 şəhər və rayonunda sınaq imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün 23579 abituriyent qeydiyyatdan keçib. İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarına öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.

Aprelin 2-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahanın nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

www.yenicag.az

1953
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv