Ali məktəblərə sənəd qəbulu başa çatır

media-hightechnic-468x90

ııııııııp2014-2015-ci tədris ili üçün ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu bu gün başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ali məktəblərə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanında iştirak üçün indiyədək 94 109 abituriyent sənəd verib.

Ərizəsini təsdiqlədənlərin 85 502-si Azərbaycan, 8607-si rus bölməsinin abituriyentləridir.

Abituriyentlərin 34 164-ü I, 22 771-i II, 25 420-si III, 11 754-ü IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün sənəd verib.

Qeyd edək ki, ali və orta ixtisas məktəblərinə sənəd qəbuluna aprelin 1-dən başlanılıb.

Sənəd Qəbulu Komissiyalarında sənədlərin qəbulu və təsdiqi bu gün saat 17.00-da başa çatır.

Sənədlərini internet vasitəsilə özləri təsdiq etdirmək istəyən abituriyentlər isə saat 23.59-a kimi sənədlərini təsdiq etdirə bilərlər(trend).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600