!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alimdən sensasiyalı açıqlama - Tezdən oyanmaq insanları ölümə sürükləyir

!Reklam – Yazi

Oksford Universitetinin Yuxu İnstitutunun professoru, neytobiloloq Pol Kelli bu günlərdə qəribə açıqlama ilə çıxış edib.

O, hesab edir ki, dərs və iş vaxtının tez başlaması insanlarda stress, depressiya oyatmaqla yanaşı müxtəlif xəstəliklərə səbəb olur.

Britaniyanın Bradford elm festivalında çıxış edən alim qeyd edib ki, insan ürəyi və qara ciyəri öz qanunlarına əsasən çalışırlar. Siz isə onları hər gün 2-3 saat tələsdirirsiniz. Orqanizmin bioritmini dəyişib vaxtından tez oyanmaq yanlış həyat tərzidir. Bizim orqanizmimiz öz fəaliyyətini Günəşə uyğun təmin edir. Siz isə bədəninizi süni şəkildə oyadaraq özünüzə ən böyük pislik etmiş olursunuz. İstənilən sahənin işçiləri səhər saat 10-dan tez işə gəlməməlidirlər. CƏmiyyətimizin, hətta planetimizin çağdaş insanı yuxusuzluqdan əziyyət çəkir. Ona görə də emosional vəziyyəti ürək açan deyil, bir sıra xəstəliklərdən əziyyət çəkir.

Publika.az xəbər verir ki, professor bu sistemin xüsusən də məktəblərdə qorunmasının vacib olduğunu bildirib. Gələcəyimizi şikəst etməmək üçün, dərslər saat 10-dan sonra başlamalıdır. Professorun nitqindən sonra Britaniyanın bir neçə məktəblərində dərslər saat 10-da başladı. Şagirdlərin məhsuldarlığının kifayət qədər artdığı müşahidə olundu. Müəllimlər etiraf edir ki, sinif otaqlarındakı şagirdlər, yuxulu yox daha enerjili və xoşbəxtdirlər.

www.yenicag.az

2694
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv