!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Allahşükür Paşazadə, axı Şeyxsən, niyə demirsən ki, Amili, sən kimsən, bizi təhdid edirsən” – İlahiyyatçıdan ETİRAZ

!Reklam – Yazi

“İran TIR-larının Ermənistana, Qarabağdakı separatçılara ərzaq, silah daşımaları sizi narahat eləmir?”.

Bu fikirləri İranın ali dini lideri Xameneyinin nümayəndəsi, Ərdəbilin imamcüməsi ayətullah Seyid Həsən Amilinin “şirin quyruğu ilə oynamamaq” təhdidinə qarşı din xadimlərinin susmalarına münasibət bildirən ilahiyyatçı Hacı Nizami Rza deyib.

Onun sözlərinə görə, onların bu susqunluğunun arxasında ciddi səbəblər dayanır:

“Başda Şeyxülislam Hacı Allahşükür Paşazadə olmaqla, Hacı Sabir Həsənli, Hacı İlqar İbrahimoğlu, Hacı Surxay, Hacı Şahin və başqaları millətimizə və dövlətimizə qarşı deyilən sözə cavab verməli idilər. Amma susurlar. Bilirsiniz, niyə? Çünki onlara oradan yaxşı “hədiyyə”lər, pullar gəlir. Susmalarının səbəbi budur.

Mömin olan kəs ilk növbədə öz vətəndaşlığını dərk etməlidir, öz vətəndaş və din xadimi mövqeyini ortaya qoymalıdır. Üzdə müsəlmanlıqdan, şiə qardaşlığından danışanlar sənin dövlətini təhdid edirlər, sən isə susursan…

Mən 2001-ci ildə Məşhəd ziyarəti zamanı oradakı ziyarətgahın ayətullah rütbəli rəhbərinin təşəbbüsü ilə onunla görüşdük. Haradansa öyrənmişdi ki, mərhum Hacı Yusif Qulamrzaoğlunun İranda nəşr olunan “Allahın elçisi” kitabının redaktoruyam. Yeri gəlmişkən, Hacı Yusif Qulamrzaoğlu məşhur “Yola sal, döyüşə gedirəm, ana” hərbi-vətənpərvərlik mahnısının sözlərinin müəllifidir.

Onunla söhbət zamanı ermənilərin xalqımıza qarşı törətdiyi Xocalı Soyqırımı haqqında və başqa vəhşətləri barəsində ətraflı danışdım. O bütün bunları dinləyərək ağlayırdı. Ayətullaha dedim ki, belə bir vəziyyətdə İranın Ermənistana hərtərəfli dəstək verməsi, yardım göstərməsi bizi çox üzür. Soruşdum ki, din qardaşlarınıza bu qədər zülm edənlərə nəyə görə yardım edirsiniz? Cavabdan yayınaraq, o işləri sahibkarların fəaliyyəti kimi qələmə verməyə çalışdı.

İndi bizim bu dini rəhbərlər niyə səslərini çıxarmırlar? Allahşükür Paşazadə, axı Şeyxsən, niyə demirsən ki, Amili, sən kimsən, bizi təhdid edirsən? Amma Şeyx də, o biriləri də təkidlə susurlar.

Amili bizi “quyruq”la qorxudur? Biz sizin “quyruğunuz”la yox, “baş”ınızla da məşğul olarıq… Açıq şəkildə deyirəm ki, o susan din xadimləri bunun qarşılığında pay alırlar. Sən necə din xadimisən ki, öz millətinin, dövlətinin müdafiəsinə bir söz deyə bilmirsən? İran TIR-larının Ermənistana, Qarabağdakı separatçılara ərzaq, silah daşımaları sizi narahat eləmir? Qorxurlar ki, danışsalar, İrandan onlara “Sizə verdiklərimiz haramınız olsun”, – deyərlər.

A.Zeynalov

www.yenicag.az

3284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv