Allahşükür Paşazadə Rusiyaya səfər edəcək

media-hightechnic-468x90

images (2)Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasına səfərə yola düşür. Bu barədə məlumat  Qafqaz Müsəlmanları İdarəsindən verilib. Şeyxülislamın səfəri sabahdan başlayacaq.

Səfərdən məqsəd Nalçik şəhərində keçiriləcək “Ənənəvi dinlər: mötədilliyə və mehriban qonşuluğa çağırış” mövzusunda Beynəlxalq elmi konfransda iştirak etməkdir.

QMİ sədri konfransda məruzə ilə çıxış edəcək.

Konfrans Kabarda-Balkar Respublikasının Ruhani İdarəsinin Qafqaz Müsəlmanları İdarəsinin himayəsi ilə keçirilir. Konfransın işində dünya miqyasında tanınmış müsəlman din xadimləri, islam təhsil müəssisələrinin rektorları, nüfuzli ictimai xadimlər iştirak edəcəklər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa