!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alman nazir kabellərlə bağlı insidentdə Rusiyadan ŞÜBHƏLƏNİR

!Reklam – Yazi

Almaniyanın xarici işlər naziri Annalena Berbok əmindir ki, Baltik dənizində rabitə kabellərinin zədələnməsi ilə bağlı insidentlər hibrid hücumun nəticəsidir.

Yenicag.az xəbər verir ki, XİN rəhbəri bu barədə mətbuat konfransında müsahibəsində deyib.

O, Varşavada Polşa, Fransa və İtaliyadan olan həmkarları ilə görüşdən sonra Baltik dənizində kabelin zədələnməsini şərh edib. Almaniyalı nazir mətbuat konfransında baş verənlərin təsadüf olmasını istisna edib. Bundan başqa, nazir qorxutma cəhdlərindən danışaraq, sözügedən məsələdə Vladimir Putinin adını xatırladıb.

Xatırladaq ki, Almaniyanın müdafiə naziri Boris Pistorius bir müddət əvvəl Baltik dənizində iki rabitə kabelinin zədələnməsi ilə bağlı təxribatdan şübhələndiyini bildirmişdi.

Bundan əvvəl məlum olub ki, Finlandiyanın “Cinia” şirkətinin Baltik dənizinin dibi ilə uzanan və Finlandiyanı Almaniya ilə birləşdirən rabitə kabeli zədələnib. Təxminən 1.200 kilometr uzunluğundakı kabel Finlandiya ilə Mərkəzi Avropa arasında yeganə birbaşa əlaqədir və qaz kəmərləri və elektrik kabelləri kimi digər mühüm infrastrukturlarla yanaşı keçir. Daha sonra isə Litva ilə İsveç arasında Baltik dənizindən keçən rabitə kabelinə ziyan dəydiyi də məlumatlar arasında yer alıb.

Mayıl Soltanov

COP29

www.yenicag.az

107
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv