Almaniya AfD-nin ifrat sağçı kimi tanımaqdan müvəqqəti İMTİNA ETDİ
Almaniyanın Federal Konstitusiyanı Mühafizə İdarəsi (BfV) “Almaniya üçün Alternativ” (AfD) partiyasını təsdiqlənmiş sağ radikal təşkilat kimi ictimai şəkildə adlandırmaqdan müvəqqəti olaraq imtina edib. Bu qərar məhkəmə prosesi yekunlaşana qədər qüvvədə olacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri məlumat yayıb.
Məhkəmənin mətbuat katibi bildirib ki, AfD ilə hüquqi mübahisə çərçivəsində BfV belə adlandırılan “fəaliyyətlərin dayandırılması haqqında razılaşma”ya imza atıb. Bu razılaşmaya əsasən, idarə yalnız ictimai açıqlamalardan deyil, həmçinin AfD-ni təsdiqlənmiş ekstremist təşkilat kimi müşahidə etmək hüququndan da müvəqqəti məhrum edilir. Bununla belə, partiyaya qarşı “şübhəli hal” statusunda aparılan müşahidələr davam etdirilə bilər.
Qeyd edək ki, son günlər Almaniyanın daxili kəşfiyyatı AfD-ni insan ləyaqətini nəzərə almayan ekstremist fəaliyyətlərinə görə təsdiqlənmiş sağ radikal təşkilat kimi qiymətləndirib.