Almaniya Kansleri Zelenski ilə telefon danışığı apardı

media-hightechnic-468x90

Almaniya Kansleri Fridrix Merz Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Yenicag.az xəbər verir ki, bu barədə Almaniya Hökumətinin sözçüsü Stefan Kornelius məlumat verib.

Yazılı açıqlamaya əsasən, Merz və Zelenski arasında baş tutan telefon danışığında ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkofun Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi son görüşlərdən sonra yaranan vəziyyət müzakirə edilib.

Danışıqlarda hər iki lider ABŞ Prezidenti Donald Trampın vasitəçilik təşəbbüslərini müsbət qiymətləndirib və Rusiyanın beynəlxalq hüquqa zidd olan müharibəni dayandırmalı olduğu barədə ortaq mövqedə olduqlarını bildiriblər.

Korneliusun sözlərinə görə, Merz və Zelenski Avropa tərəfdaşları və ABŞ ilə sıx dialoqu davam etdirməkdə razılaşıblar. Almaniya Kansleri Ukraynaya dəstəyin davam edəcəyinə dair Prezident Zelenskiyə təminat verib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa