Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Almaniya seçkiləri: "Merkelin faşistlərlə koalisiya qurması..." - Politoloq  

Reklam: Sinerji Pro

Ötən bazar günü Almaniyada Bundestaqa növbəti seçkilər baş tutdu. Hakimiyyətdə olan kansler Merkelin Xristian Demokratik İttifaqı əvvəlki illərlə müqayisədə az səs toplasa da, yenə də 33 faiz səslə birinci oldu. Sosial-Demokratlar xeyli səs itirərək, cəmi 20 faiz toplaya bildilər. Ən maraqlısı Rusiyanın da dəstək verdiyi faşistpərəst ultrasağ “Alternativ Almaniya” siyasi qurumunun 3-cü yerə çıxması oldu. Ultrasağlar seçicilərin 13 faiz səsini qazana bildi. Demokratlarla Yaşıllar Partiyası isə müvafiq olaraq, 10 və 9 faizlə sonrakı yerləri bölüşdülər.

Ultrasağların belə bir mövqe əldə etməsi görəsən nəyin nəticəsində baş verib? Merkelin onlarla koalisiyaya getməsi mümkündürmü? Bu, baş verməsə, hakim partiya hansı qüvvələrlə koalisiyaya gedə bilər?

Almaniyada baş tutan seçkilərin nəticələrini Yenicag.az-a şərh edən politoloq Taleh Əliyevin fikrincə, Merkelin baş tutan seçkilərdən sonra yaradacağı koalisiya əvvəlki dövrlərlə müqayisədə stabil və möhkəm olmayacaq:

“Almaniya Bundestaqına keçirilən seçkilərdə əldə olunan nəticələr əslində, gözlənilən idi. Xeyli müddət idi ki, orada “Alternativ Almaniya” adlı nasist partiyasının uğur qazana biləcəyi fikirləri formalaşmışdı. Bilirsiniz ki, son zamanlar təkcə Almaniyada deyil, bütövlükdə Avropada sağ düşərgə kifayət qədər fəallaşıb. Bu amilə də Avropada sağların yenidən dirçəlməsinin tərkib hissəsi kimi yanaşmaq lazımdır. Fransada son prezident seçkilərində də sağçı qüvvələrin qalib gəlməsinə əmin olanların sayı az deyildi. Almaniyadakı seçkilərin nəticələri eyni zamanda, uzun müddət hakimiyyətdə olan siyasi qüvvələrə seçicilərin etimadının göstəricisidir. Merkelin ölkəsinin milli maraqlarını kifayət qədər ciddi şəkildə qoruyan siyasi xadim olmasına baxmayaraq, xalqın əhəmiyyətli bir hissəsinin dəyişiklik istədiyi üzə çıxdı. Seçkilərin nəticələri barədə onu düşünürəm ki, yenə də Merkelin kanslerliyi ilə koalision hökumət yaradılacaq. Amma Merkelin ultrasağlarla koalisiyaya gedəcəyi ehtimalı inandırıcı deyil. Çox güman ki, xanım kansler Yaşıllar və Demokratlarla ittifaq quracaq. Lakin bütün hallarda seçkilərin məlum nəticələri onu göstərir ki, nə Merkel siyasətində əvvəlki illərdə olduğu kimi qətiyyətli, nə də yeni koalisiya əvvəlki kimi güclü və prinsipial olmayacaq. Onlar bütün hallarda xalqın iradəsilə hesablaşmağa məcburdurlar. Son illər Yaxın Şərqdə baş verən hadisələr fonunda Avropa, xüsusən də Almaniyaya kənər mədəniyyət axınının baş verməsi, istər-istəməz cəmiyyətin mühafizəkar hissəsinin aktivləşməsi və sağlara doğru meyillənməsinə gətirib çıxartdı. Həmçinin, Merkelin uzun müddət hakimiyyətdə olması və verilən vədlərin yerinə yetirilməməsi də seçicilərin mühüm hissəsinin onlara səs verməməsilə nəticələndi”.

ELÇİN

www.yenicag.az

555
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM