Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorf bazar ertəsi günü Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Qeyd edək ki, səfirin XİN-ə çağırılmasının səbəbləri barədə hələlik rəsmi məlumat verilmir.













