Almaniya Ukraynadan yeni gələn qaçqınlar üçün ödənişləri azaltmaq istəyir
Almaniya hökuməti ölkəyə yeni gəlmiş ukraynalılar üçün sosial müavinətlərin azaldılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb.
Yenicag.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Qanun layihəsinə əsasən, 2025-ci il aprelin 1-dən Almaniyaya gələn ukraynalılar artıq “Bürgergeld” (“vətəndaş müavinəti”) almayacaqlar, əksinə sığınacaq axtaranlar kimi daha az məbləğdə yardım alacaqlar.
Hesablamalara görə, qanunun qəbulu Almaniyadakı hər bir ukraynalı qaçqına ödənişlərin ayda 100 avro azalmasına səbəb ola bilər.
Bu qərar ən azı 21.000 ukraynalıya təsir edəcək.
Qanun layihəsinin qüvvəyə minməsi üçün hələ də Almaniya hökuməti və parlamentin yuxarı palatası tərəfindən təsdiqlənməlidir.