Almaniyada orduya qoşulanların sayı ÇOXALDI

media-hightechnic-468x90

 

2024-cü ildə Almaniya Ordusuna (Bundesver) qoşulmaq üçün müraciət edənlərin sayı əvvəlki illə müqayisədə təxminən 20 faiz artıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Rəsmi məlumatlara görə, cari ildə Bundesverə qoşulmaq üçün 52.100 nəfər müraciət edib. Halbuki bu göstərici 2023-cü ildə 43.200 nəfər idi. Bu, 18,5 faiz artım deməkdir. Buna baxmayaraq, Almaniya Müdafiə Nazirliyinin yaydığı son illik statistika göstərir ki, ilin sonuna ordunun şəxsi heyətinin sayı 181 174 nəfər olub. Bu da əvvəlki illə müqayisədə 340 nəfər azdır.

Ekspertlər bildirir ki, namizədlərin sayındakı artım ordunun ümumi sayına ciddi təsir etmir. Belə ki, ötən il ərzində təxminən 20 min kişi və qadın ya müqavilə müddətinin başa çatması, ya da narazılıq səbəbindən ordunu tərk edib. Almaniya Müdafiə Naziri Boris Pistorius daha əvvəl də qeyd etdiyi kimi, 2031-ci ilə qədər ordu heyətini 203 min nəfərə çatdırmağı qarşıya məqsəd qoyub. Lakin nazirin fikrincə, ölkənin real hərbi hazırlığını təmin etmək üçün bu rəqəm 230 minə yaxın olmalıdır.

Hazırda Almaniyada ordu sıralarına yeni çağırışçılar cəlb etmək üçün müxtəlif təşəbbüslər həyata keçirilir: karyera günləri, idman yarmarkaları və sosial şəbəkələrdə aktiv kampaniyalar təşkil olunur. Bundan başqa, Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) və Sosial Demokrat Partiyası (SDP) arasında əldə olunmuş koalisiya razılaşmasına əsasən, İsveç modeli üzrə könüllü hərbi xidmətin tətbiqi planlaşdırılır. Bu modelə əsasən, 18 yaşlı gənclər sağlamlıq vəziyyəti, fiziki hazırlıq və təhsil haqqında məlumat verəcəkləri xüsusi anket doldurmalıdırlar. Almaniyada da bu sistemin tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, Almaniya ictimaiyyətində Rusiya ilə bağlı narahatlıq artmaqdadır. Əhalinin əksəriyyəti Moskvanın digər Avropa ölkələrinə hücum edə biləcəyindən ehtiyat edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600