!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniyada qəssablar narahatdır: Bazara nəzarət əldən çıxıb

!Reklam – Yazi

Berlində qırmızı ət bazarına türklər və ərəblər nəzarət edir.

Yenicag.az xəbər verir ki, Almaniyada zəncirvari marketlərin ət satması fonunda istehsal və istehlakın azalması qəssabları narahat edir. Berlində qırmızı ətin satışında isə türklər mühüm rolu var.

Berlin Qəssablar Palatasının sədri Martin Stokun verdiyi məlumata görə, Şərqi və Qərbi Almaniya 1990-cı ildə birləşdirilərkən Qəssablar Palatasının 2000 üzvü var idi. Bu gün üzvlərin sayı 60-a düşüb və Berlində 70 qəssab var. Bunun əsas səbəbi isə Almaniyada ixtisaslı kadrların tapılmamasıdır. Bu fonda nəhəng bazarların ət satışına daxil olması qəssabları ciddi şəkildə narahat edir. Bu gün Almaniyanın qırmızı ət ticarətində “Euro Gıda”, “İnter Gıda” kimi nəhəng türk şirkətləri əsas yeri tutur.

Berlin Topdansatış Bazarında topdansatış ət ticarəti ilə məşğul olan “Afes Limited Şirkəti”nin sahibi Mətin Qaraqoyun bildirib ki, ət bazarına bir neçə türk firması nəzarət edir.

O, açıqlamasında, “Almaniyada ətin qiyməti bazarda tələb və təklifə görə müəyyənləşir. Ancaq Türkiyədə qiyməti müəyyən edən bir neçə şirkət var. Həmin şirkətlər bazarda tələb və təklifə uyğun qiyməti formalaşdırırlar”, – deyə qeyd edib.

Gülşən Şərif

www.yenicag.az

160
Ads
www.veteninfo.com
!Reklam – Arxiv