!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniyada “Şimal axını-2” QALMAQALI: Hakim koalisiyada ziddiyyətlər dərinləşir

!Reklam – Yazi

Almaniya hökuməti daxilində “Şimal axını-2” layihəsinin aktivləşdirilməsi təşəbbüsü yeni mübahisələrə yol açıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Almaniyanın maliyyə naziri və Azad Demokratlar Partiyasının sədri Kristian Lindner müavini Volfanq Kubikin “Şimal axını-2” layihəsinin aktivləşdirilməsi təklifini rədd edib.

Qeyd olunur ki, bu barədə məlumat Almaniya Maliyyə Nazirliyinin adı çəkilməyən təmsilçisi tərəfindən yayımlanıb.

Məlumata görə, Lindner öz müavininin “Şimal axını-2” ilə bağlı təklifini “yanlış və absurd” adlandırıb.

Gözlənildiyi kimi, Almaniyanın koalisiya hökumətində təmsil olunan Azad Demokratlar Partiyası sədrinin müavini səviyyəsində irəli sürülən bu təklif ölkənin federal hökuməti tərəfindən də bəyənilməyib.

Hökumətin rəsmi nümayəndəsi bunun mümkünlüyünü qəti şəkildə istisna edib.

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv