Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Almaniyanın axtardığı şəxs Azərbaycandan Türkiyəyə ekstradisiya olunur

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı Turqut Kamal Abdulsəlamın öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə iclası başa çatıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə T.Kamalın Türkiyə Respublikasına ekstradisiya edilməsi barədə hökm çıxarıb.

Qeyd edək ki, ittihama görə, T.Kamal Almaniyada narkotik vasitələrin dövriyyəsində təqsirləndirilir. O, 2006-2007-ci ildə Almaniya və Holllandiyaya narkotik vasitələrin daşınmasını maliyyələşdirib.

Həmçinin T.Kamal Türkiyə tərəfindən də axtarışa verilib.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyanın sorğusuna baxılıb. Həmin sorğu təmin edilib. Lakin Bakı Apellyasiya Məhkəməsi zamanı Türkiyə tərəfi də T.Kamal haqqında axtarış elan edib və Azərbaycan tərəfindən eksradisiya edilməsini tələb edib. Bu səbəbdən iş birinci intansiya məhkəməsinə qaytarılıb.

Türkiyə səfirliyin nümayəndəsi də vətəndaşlarının təhvil verilməsini tələb edib.

Loading...

www.yenicag.az

3286
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100