!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniyanın Tramp qorxusu: XİN diplomatları təcili hazırlıqlara başladı

!Reklam – Yazi

Təcrid olunmuş Almaniya Trampın ikinci müddətindən qorxur.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Financial Times” nəşri məlumat yayıb.

Qəzet yazır ki, Almaniya Xarici İşlər Nazirliyində diplomatlar təcili olaraq Donald Trampın Ağ Evə qayıdışına hazırlaşırlar ki, bu da Almaniya və onun dünyadakı yeri üçün ölçülməz nəticələrə səbəb ola bilər.

Nəşrin məlumatına görə, keçən həftə Tramp qloballaşmaya, NATO-ya və ABŞ-nin Ukraynaya dəstəyinə dərin şübhə ilə yanaşan iqtisadi millətçi Ceyms Devid Vinsi öz namizədi kimi vitse-prezident seçdikdən sonra narahatlıq artıb.

Almaniyanın hakim Sosial Demokratlar Partiyasının (SPD) xarici siyasət sözçüsü Nilz Şmid bildirib ki, Tarmp Almaniyaya və Avropa İttifaqına eyni hörmətsizliklə yanaşır.

“O, həmçinin ABŞ-nin Ukraynaya gələcək bütün hərbi yardımlarını dayandırmaq istəyində Trampdan daha radikaldır”, – o, əlavə edib.

Adının çəkilməsini istəməyən yüksək rütbəli alman məmurlarından biri isə nəşrə deyib ki, Almaniya hökumətinin onun seçilməsinə hazırlaşmasına illər lazım olacaq.

“Bizə buna uyğunlaşmaq, yenidən silahlanmaq və ordularımızı yenidən təchiz etmək üçün illər lazım olacaq və bu arada, bizim Rusiyanın destabilizasiyasına daha həssas olacağımız riski var”, – deyə o bildirib.

Rafi Müslümov

COP29

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv