!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AMB iki valyuta mübadilə məntəqəsini cərimələdi

!Reklam – Yazi

Azərbaycan Mərkəzi Bankı (AMB) iki valyuta mübadilə məntəqəsini cərimələyib.

Yenicag.az AMB-yə istinadən xəbər verir ki, bunlar “Bakı Mərkəzi Valyuta” və “Eliko” MMC-lərdir.

Qeyd edilib ki, Mərkəzi Bankın apardığı cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, “Bakı Mərkəzi Valyuta”nın vəzifəli şəxsi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə 1 000 manat cərimə olunub. “Eliko”nun vəzifəli şəxsi isə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 500 manat, MMC özü isə valyuta tənzimi haqqında qanunvericiliyin tələblərini pozması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 430.3-cü maddəsinə müvafiq olaraq, 10 334 cərimə edilib.

www.yenicag.az

63
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv