AMB İran rialının məzənnəsinin açıqlanmasını dayandırdı
Azərbaycan Mərkəzi Bankı İran rialının məzənnəsinin açıqlanmasını dayandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə APA-ya AMB-dən məlumat verilib.
İran rialı üzrə ənənəvi istinad mənbələrindən məlumat əldə edilməsinin mümkün olmaması, həmçinin alternativ mənbələrin məhdudluğu və etibarlı olmaması nəzərə alınaraq, Mərkəzi Bank tərəfindən 01 oktyabr 2025-ci il tarixindən İran rialının manata qarşı rəsmi məzənnəsinin açıqlanması dayandırılıb.
Qeyd edilib ki, analoji səbəblərə görə əksər xarici mərkəzi banklar da rial üzrə rəsmi məzənnəni dərc etmirlər.