AMEA-da kadr dəyişikliyi olub
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni kadr təyinatları olub.
Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.
Qərara əsasən, fizika üzrə fəlsəfə doktoru Oktay Hümbətli AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Bundan əlavə, texnika üzrə fəlsəfə doktoru Fərəməz Əsədov AMEA-nın Aşqarlar Kimyası İnstitutunun “Aşqar” Təcrübə İstehsalı ilə Xüsusi Texnoloji Bürosunun direktoru, Fəxrəddin Cəlilov büronun direktor müavini, Cavanşir Məmmədov büronun baş mühəndisi təyin olunub.
Bundan əlavə, kimya üzrə fəlsəfə doktoru Adəm Quluzadə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun Reagentlər üzrə Xüsusi Konstruktor Texnologiya Bürosunun direktoru, kimya üzrə fəlsəfə doktoru Aləm Əliyev isə büronun baş mühəndisi seçilib.
(qafqazinfo.az)