Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Trampdan Çinə qarşı yeni sanksiyalar: Zərbənin bir tərəfi də Rusiyanı tutur

ABŞ Dövlət Departamenti Çinin hərbi müdafiə strukturlarına qarşı yeni sanksiyalar tətbiq edib.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, ABŞ-ın Çinə qarşı yeni sanksiyalarının əsas motivi Pekinin Rusiyada Su-35 qırıcıları və S-400 raket kompleksləri almaq niyyətindən qaynaqlanır.

Bu addımı şərh edən ABŞ Dövlət Departamentindən bildirilib ki, Çinə qarşı qüvvəyə minən yeni sanksiyalar əslində, Rusiyanın silah ticarətini məhdudlaşdırmaq məqsədi daşıyır. Rəsmi Pekin isə Vaşinqtonun bu addımını beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirib.

Məlumata görə, ABŞ-ın sözügedən sanksiyalarının əsas hədəfi Çin Mərkəzi Hərbi Şurasının Silahlanma Departamenti və bu qurumun rəhbəri Li Şanfudur. Maraqlıdır ki, bu qurum və məmur ABŞ-ın Rusiya ilə əməkdaşlığa görə sanksiyalara məruz qalan ilk subyektləridir.

Çin hakimiyyəti ABŞ-ı bu sanksiyaları götürməyə çağıraraq, əks halda, bunun Vaşinqton üçün ağır nəticələr doğuracağını bəyan edib.

www.yenicag.az

9558
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100