Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Amerikalı generaldan Ankaraya maraqlı məktub: Türkiyə “YPG vədi”nə inanacaqmı?

Pentaqon ABŞ-ın terrorçu YPG-ni silahlandırmasından qəzəblənən Türkiyəni sakitləşdirməyə çalışır.

Yenicag.Az xəbər verir ki, ABŞ müdafiə naziri, general Ceyms Mettis türkiyəli həmkarı Fikri İşıka yazdığı geniş məktubda ölkəsinin terrorçu PKK-nın Suriya qolu olan YPG-yə göndərdiyi silahlar haqqında ətraflı bəhs edib.

Amerikalı general türkiyəli həmkarını inandırmağa çalışıb ki, YPG-yə verilən silahlar üzərində nəzarət yaradılıb və İŞİD üzərində qələbədən sonra həmin silahlar geri alınacaq. Mettis əlavə edib ki, bu barədə Türkiyəyə müntəzəm məlumat veriləcək:

“Silahların göndərilməsi ilə əlaqədar Türkiyə hər ay məlumatlandırılacaq”.

Ceyms Mettisin YPG-yə verilən ABŞ silahlarının geri qaytarılacağı haqda Türkiyəyə verdiyi təminatı Yenicag.Az-a şərh edən Ankara Siyasət Mərkəzinin (APM) mütəxəssisi, politoloq Orxan Qafarlı bildirib ki, aradakı müəyyən anlaşılmazlığa baxmayaraq, ABŞ Türkiyə kimi müttəfiqini itirmək istəməz:

“Türkiyə və ABŞ II Dünya Müharibəsindən sonra müttəfiqə çevrilsələr də, bu, o demək deyil ki, hər iki ölkə atdıqları addımları bir-biri ilə razılaşdırırlar. O səbəbdən, bu iki dövlətin ikitərəfli münasibətlərində zaman-zaman problemlər yaranıb.

Ancaq nəzərə alaq ki, Türkiyə ABŞ-ın regiondakı strateji müttəfiqidir və Amerikanın Türkiyə kimi ölkədən imtina edərək, Yaxın Şərqin kiçik terrorçu qruplaşmaları ilə əməkdaşlığa getməsi uzunmüddətli fəaliyyət planı deyil. Düşünmürəm ki, Amerika Türkiyə kimi müttəfiqini itirməyə razı olsun.

Sadəcə, hazırda bu iki müttəfiq arasında Yaxın Şərq regionunun gələcəyi ilə bağlı fikirayrılığı var. Yəni ABŞ regiondakı status-kvonu qəbul etmir və onu dəyişmək istəyir. Türkiyə isə tam əksinə olaraq, status-kvonun dəyişməsinin onun təhlükəsizliyinə təhdid yaratdığını düşünür.

ABŞ da öz növbəsində Türkiyə kimi müttəfiqinin təhlükəsizliyini riskə atmaqda maraqlı deyil. Bu çərçivədə iki ölkə arasındakı münasibətlərdə həlledilməz problem yaranmasa, Vaşinqton və Ankara öz aralarındakı anlaşmaya sadiq qalacaqlar”.

A. Zeynalov
Yenicag.Az

www.yenicag.az

623
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100