!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amerikalı politoloq "Altılıq platforma" təklifi haqda: "Regional sabitliyin ümumi işini irəli apara bilər"

!Reklam – Yazi

“Türkiyənin altı ölkəni əhatə edən regional platforma təklifi müsbətdir və Azərbaycan prezidenti Əliyevin əvvəllər səsləndirdiyi təklifi əks etdirir. Onların məqsədi müvafiq məsələləri həll etmək və onlar arasında əlaqəni hərtərəfli artırmaq üçün Cənubi Qafqaz ölkələrini və onların əsas üç maraqlı tərəfini bir araya gətirməkdir”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi altılıq platforma formatı haqqındafikirlərini bölüşən amerikalı politoloq Andryu Koribko Yenicag.az-a açıqlamasında deyib.

Amerikalı politoloqun fikrincə, sözügedən təklifin reallaşmasının qarşısında bir sıra əngəllər var:

“Bu perspektivli ideyadır, lakin bir neçə səbəbə görə həyata keçirmək çətin olacaq. Birincisi, Ermənistan indiyədək regional nəqliyyat dəhlizlərinin qarşısını almaq üçün Moskvanın vasitəçiliyi ilə 2020-ci ilin noyabrında atəşkəslə bağlı verdiyi vədləri yerinə yetirməkdən çəkinib. İkincisi, Rusiya və Gürcüstan arasında məlum mübahisələr var. Üçüncüsü, son vaxtlar Azərbaycan-İran gərginliyi qarşılıqlı inamı azaldıb.

Bununla belə, bu cəbhələrdən hər hansı birində irəliləyiş təklif olunan altı ölkə regional platformanın formalaşmasından əvvəl və ya ondan sonra gələ bilər. Ən azı, onun yaradılması üçün heç bir xərc tələb olunmur. Əksinə, o, mübahisə edən tərəflər arasında praqmatik kompromisləri asanlaşdıra və beləliklə, regional sabitliyin ümumi işini irəli apara bilər”.

www.yenicag.az

653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv