!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amerikanın nüfuzlu nəşri bu əməliyyatı Ərdoğanın diplomatik uğuru adlandırdı

!Reklam – Yazi

Amerikanın “Wall Street Journal” (WSJ) qəzeti Ankarada Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbərliyi altında aparılan mübadilə əməliyyatını “Prezident Rəcəb Tayyib Ərdoğanın növbəti diplomatik uğuru” kimi şərh edib.

Yenicag.az xəbər verir ki, MİT-in mübadilə əməliyyatı ilə azad edilənlər arasında “Wall Street Journal” qəzetinin əməkdaşı Evan Gerşkoviçin də olduğunu bildirən qəzetin xəbərində Türkiyənin Ukrayna müharibəsinin başladığı gündən bu yana bir çox “əsir dəyişdirmə”lərinə ev sahibliyi etdiyi xatırladılıb.

“Wall Street Journal” qəzeti ABŞ və Rusiya arasında mübadilə əməliyyatının prezident Rəcəb Tayyib Ərdoğan üçün “daha bir diplomatik uğur” olduğunu və “bir daha Qərbə Türkiyənin vasitəçilik dəyərini xatırlatdığını” vurğulayıb.

Türkiyənin “Qara Dəniz Taxıl Təşəbbüsü” razılaşmasında təsirli oyunçu olduğunu xatırladan qəzet, Türkiyənin bir nəticəyə gəlməsə də, Ukrayna müharibəsi üçün sülh danışıqları apardığına diqqət çəkib.

“Wall Street Journal” bildirib ki, prezident Ərdoğan Rusiya ilə münasibətlərdə Qərbdən müstəqil kurs götürüb.

Dünən MİT ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç, Rusiya və Belarus həbsxanalarında 26 nəfərin qarşılıqlı mübadiləsini əhatə edən son dövrün ən geniş mübadilə əməliyyatını həyata keçirib.

Əməliyyatda mübadilə edilənlər arasında “The Wall Street Journal”ın müxbiri Evan Gershkoviç, keçmiş Amerika dəniz piyadası Pol Uilan, Almaniya vətəndaşı muzdlu Riko Kriger, rusiyalı dissident İlya Yaşin və Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Vadim Krasikov da var.

 

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv