!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amerikda yaşayan soydaşlarımız Vaşintqonda Ukraynaya dəstək aksiyası keçirib - FOTOLAR

!Reklam – Yazi

Fevralın 26-da ABŞ-nin paytaxtı Vaşinqtonda, Konqresin binasının qarşısında ölkənin müxtəlif bölgələrində yaşayan azərbaycanlıların iştirakı ilə etiraz aksiyası keçirilib. 

“Xocalıya ədalət” ümum-Amerika aksiyasından sonra bir qrup soydaşımız Ukraynanın ABŞ-dakı səfirliyinin qarşısına yola düşüb.

Bu barədə ABŞ-də yaşayan diaspora fəalı Zaur Bayramlı məlumat verib. Onun sözlərinə görə, onlar Amerikada yaşayan azərbaycanlılara adından Rusiyanın təcavüzünə məruz qalmış Ukraynaya öz dəstəklərini ifadə ediblər.

“Aksiyada Güney və Quzey Azərbaycandan, Türkiyədən və Qazaxıstandan olan soydaşlarımız iştirak edirdi. Aksiya iştirakçılarının Ukraynanın ABŞ-dəki səfirliyinin 3 rəsmi təmsilçisi: Ukrayna səfirliyinin baş konsulu Konstantin Vorona, səfirliyin siyasət və mədəniyyət üzrə 1-ci katibi Taras Moskalenko və səfirliyinin mətbuat atteşesi Vladimir Rizniçenko qarşılayıb. Ukrayna səfirliyinin nümayəndələri aksiya iştirakçılarına verdikləri mənəvi dəstəyə görə təşəkkür ediblər. Çox səmimi söhbət etdik, xatirə şəkli çəkdirdik”.

Zaur Bayramlı deyib ki, Ukrayna nümayəndələri Azərbaycan və Türkiyə prezidentlərinə verdikləri dəstəyə görə ayrıca təşəkkür ediblər.

www.yenicag.az

720
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv