Anadolu Agentliyi Heydər Əliyevə fotosərgi həsr etdi- Foto

media-hightechnic-468x90

iy7uj5r (1)Türkiyənin Anadolu Agentliyi və Yunis Əmrə İnstitutu AzərTAcla birgə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş foto sərgi təşkil edəcək.

Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar keçiriləcək “Anadolu Agentliyi və AzerTAc obyektivindən Heydər Əliyev” adlı sərgidə ümummilli liderin şəxsi həyatından, iştirak etdiyi beynəlxalq toplantılardan və dünya liderlərilə görüşlərindən foto kadrlar yer alacaq.

Yunis Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanan tədbirdə Heydər Əliyevin Türkiyəyə səfərləri və türk siyasətçilərlə görüşlərinə aid seçmə fotolar da sərgilənəcək.

Sərginin açılışı 11 dekabr 2014-cü il tarixində Muzey Mərkəzində olacaq. Açılışda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun, Anadolu Agentliyi müdir vəkili Əbubəkir Şahin, AzərTAcın direktoru Aslan Aslanov, TRT-nin Müdiri Şenol Göka və digər rəsmilər iştirak edəcək.

Sərgi 13 dekabra qədər açıq olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600