Analitik Ekspertiza Mərkəzi: "İnyeksiya və lazer prosedurları gözəllik salonlarında aparıla bilməz"

media-hightechnic-468x90

Gözəllik salonlarında “estetik xidmət” adı altında həyata keçirilən bəzi prosedurların əslində tibbi müdaxilə olduğu ortaya çıxır. Ucuz qiymət və cazibədar reklamlarla təqdim edilən bu xidmətlər bir çox hallarda ixtisassız şəxslər tərəfindən icra olunur ki, bu da vətəndaşların sağlamlığını ciddi risk altına salır.

media-banner_tuq

Mövzu ilə bağlı Yenicag.az-ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, əhalinin sağlamlığının qorunması və yalnız ixtisaslı mütəxəssislər tərəfindən keyfiyyətli tibbi xidmət göstərilməsi üçün tibbi fəaliyyət ciddi qanunvericilik çərçivəsində, sanitariya-epidemioloji tələblərə cavab verən müəssisələrdə həyata keçirilməlidir:

“Bu prinsip pozulduqda əhalinin sağlamlığına birbaşa təhlükə yaranır. Gözəllik salonları yalnız bərbər, vizajist və kosmetik (qeyri-invaziv) xidmətlər üçün nəzərdə tutulmuş obyektlərdir və tibb müəssisəsi statusuna malik deyillər. Belə salonlarda həkim olmayan şəxslərin “tibbi xidmət” adı altında fəaliyyət göstərməsi, özünü həkim kimi təqdim etməsi qanunvericiliyə ziddir və insanların sağlamlığının bu cür şəxslərə etibar edilməsi üçün heç bir hüquqi əsas yoxdur”.

Qurumdan vurğulanıb ki, tibbi müdaxilələr  invaziv prosedurlar, inyeksiyalar, lazer müalicəsi və digər bu qəbildən olan xidmətlər yalnız lisenziyalı tibb müəssisələrində, müvafiq ixtisas və sertifikata malik həkimlər tərəfindən aparılmalıdır:

“Bu cür halların yayılmasının əsas səbəbləri vətəndaşların tibbi və kosmetik xidmətlər arasındakı fərqi tam anlamaması, cəlbedici qiymət və reklamların təsiri altına düşməsi, həmçinin bəzi sahibkarların qanunvericiliyin tələblərini pozaraq əlavə gəlir əldə etməyə çalışması ilə bağlıdır. Eyni zamanda, sosial şəbəkələrdə lisenziyasız fəaliyyətlərin geniş şəkildə reklam olunması da problemin miqyasını artırır”.

Mərkəzdən bildirilib ki, gözəllik salonları tibb müəssisəsi hesab olunmadığı üçün onlara qarşı planlı nəzarət mexanizmi mövcud deyil:

“Bununla belə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna əsasən, vətəndaşlardan və aidiyyəti qurumlardan daxil olan əsaslandırılmış müraciətlər dərhal araşdırılır. Fakt təsdiqini tapdıqda plandankənar yoxlamalar keçirilir, inzibati tədbirlər görülür, fəaliyyət dayandırılır və zərurət yarandıqda digər dövlət orqanları ilə birgə tədbirlər həyata keçirilir. Nəzarət mexanizmi vətəndaşların aktiv iştirakı ilə daha effektiv işləyir”.

Qurum vətəndaşlara belə hallarla rastlaşdıqları təqdirdə müvafiq sübutlarla birlikdə aidiyyəti qurumlara müraciət etməyi tövsiyə edib.

Samir Məcidov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05