!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anar Əsədliyə seçici etimadı: "El bir olsa, dağ oynadar yerindən" - FOTOLAR/ VİDEO

!Reklam – Yazi

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədlinin seçki təbliğatı kampaniyası davam edir.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisinə 9 fevral 2020-ci il tarixinə təyin edilmiş növbədənkənar parlament seçkiləri çərçivəsində seçki kampaniyasında müxtəlif yeniliklərə imza atan, çoxlu insan kütlələrini ətrafına toplamağı bacaran Anar Əsədli Zəngilan və Qubadlıdan olan məcburi köçkünlərlə – seçiciləri ilə bir araya gəlib.

Anar Əsədli seçicilərə müraciət edərək qeyd edib ki, seçkiyə qarşı bu günədək olan inamsızlığınızı geridə qoymalı, seçkidə öz iradənizi göstərməlisiniz:

“Bilirəm, hər birinizdə seçkilərlə bağlı, onun demokratikliyi ilə bağlı müxtəlif suallar var. Bəli, sizlər haqlısınız. Ancaq bu, o demək deyil ki, seçkidə iştirak etməməlisiniz. Xeyr, siz seçkiyə qatılmalı və o kağızı sandığa atmalısınız. Belə olan təqdirdə burada heç bir saxtakarlıqdan söhbət gedə bilməz.

Mən sizlərdən biriyəm, sizin yaşadığınız həyatı yaşamışam, dədə-baba yurdumdan didərgin düşmüşəm. Sizlərin hər bir problemindən xəbərim var. Sizi əmin edirəm ki, biz birlikdə çox şey həyata keçirəcəyik.

Bizə sual verirlər ki, siz özünüz dəyişikliyə inanırsınız? Bəli, biz inanırıq. İnanmasaydıq, bu qədər əmək sərf etməzdik. Dəyişmək lazımdır”.

Seçicilər Anar Əsədlini dəstəklədiklərini və seçki günü sandıqdan öz iradələrinin çıxacağını qeyd ediblər.

Daha sonra Anar Əsədli seçiciləri evlərində ziyarət edib.

www.yenicag.az

926
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv