!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anar Məmmədliyə ağır ittiham – öz həmkarından

!Reklam – Yazi

wHüquq müdafiəçisi Sahib Məmmədov Qubad İbadoğlunu hakimiyyətə işləməkdə ittiham etdiyi statusda belə bir fikir işlədib: “İkinci dəfədir ki, mənim təsisçisi olduğum təşkilatı əlimdən alırlar”.

YENİCAG.AZ xəbər verir ki, həmin fikri  Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov təsdiqləməklə yanaşı izah edib: “Sahib müəllim həmişə belə şeylərin tənqidçisi olub. Biz də təsisçisi olduğumuz həmin koalisiyanı orada olan çirkli oyunlar olduğu üçün tərk etdik. İndi də qeydiyyat məsələsi ortaya çıxır. Vaxtilə, Anar Məmmədli də bizim Seçki Monitorinq Mərkəzini ələ keçirdi və sona qədər xeyrini görmədi. Bu halallıq yaman şeydir. Onu almaq lazımdır”.

Əvəz Həsənovun açıqlamasından göründüyü kimi QHT qarşıdurması Qubad İbadoğlu ilə məhdudlaşmayaraq, daha da genişləyəcəkdir. Görünür, son zamanlar QHT sektorunda baş verənlər bu sahənin insanlarının əsəblərini ciddi şəkildə gərib. Xüsusilə də, illərdən bəri bu sektorda xarici donorlarla işləyənlərin.

Qeyd edək ki, Anar Məmmədli 2001-2008-ci illərdə Seçki Monitorinq Mərkəzinin İcraçı katibi və direktoru olub. 2008-ci ildə isə SMM-in qeydiyyatı məhkəmənin qərarı ilə ləğv edildikdən sonra Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həmtəsisçisi olub. 17 dekabr 2013-cü ildə həbs olunub və  bu ilin may ayının 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il 6 ay azadlıqdan məhrum edilib.

www.yenicag.az

970
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv