Anar Məmmədovun maşını ağacın altında qaldı – Foto
Ağac qırılaraq avtomobilin üstünə düşüb.
Bu gün saat 15 radələrində Nəsimi rayonu S.Rüstəm küçəsi ilə N.Vəzirov küçəsinin kəsişməsində ağaclardan biri qırılaraq avtomobilin üstünə düşüb. Hadisədən Azərbaycan Qolf Federasiyasına məxsus “Kİo Rio” markalı avtomobil zərər görüb.
Ətrafda yaşayan sakinlərin sözlərinə görə, ağaclar vaxtı-vaxtında kəsilmədiyinə görə belə hal baş verib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, Qolf Federasiyasının prezidenti Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.
Fotoları təqdim edirik.