Anasını öldürən oğul danışdı

media-hightechnic-468x90

gggggggggggggBakıda oğul anasını öldürüb. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 22 yaşlı Elvin Əzimov ötən gecə saat 03 radələrində 46 yaşlı anası Esmiranın qanını axıdıb. 

Səs-küyə gələn qonşuları görən Elvin özünü 3-cü mərtəbədən atıb. Ana və oğul ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Elvinin həyatını həkimlər xilas etsələr də, ana əməliyyat masasında canını tapşırıb.

Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. 

Anasını öldürən gənc ağır vəziyyətdə olsa da, polisin suallarını qısaca cavablandırıb. Anası Esmira Əzizovanı öldürəndən sonra qaçmaq istəyən Elvin özünü 3-cü mərtəbədən atıb. Ayaqları və qolları sınan Elvin xəstəxanadadır. Vəziyyəti ağır olan Elvin polisin “ananı niyə öldürdün” sualına qısaca belə cavab verib: “O ölməliydi. Çoxdan ölməliydi, mən də öldürmüşəm”.

Avara həyat tərzi keçirən Elvinin anasını hansı səbəbdən öldürməsi istintaqın gedişində məlum olacaq. 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600