Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Ancelina Coli genosid haqda film çəkir

angelina-jolie-323x400Dünya şöhrətli aktrisa Ancelina Coli kambocalı yazıçı Lunq Unqun xatirələrinin qeydə alındığı roman əsasında Kamboca genosidi haqda film çəkəcək.

2001-ci ildən yazıçı L. Unq ilə dost olan A. Coli bu barədə çoxdan düşündüyünü bildirib. Ailəsinin faciəsindən film çəkməyi aktrisaya etibar edən L. Unq ssenarini Coli ilə birlikdə yazacaq. Colinin Kambocada doğulan oğulluğu Meddoks filmdə rol alacaq. Filmin premyerası 2016-cı ilin sonuna nəzərdə tutulub.

Qeyd edək ki, 1975-ci ildə Kambocada hakimiyyətə gələn “qırmızı kxmerlər” rejimi dörd il ərzində 3,3 milyon adamı qətlə yetiriblər. Hadisələrin canlı iştirakçısı olan Unqun valideyinləri öldürülüb, 6 qardaş və bacısı əmək düşərgələrinə göndərilib. Onun özünü isə yetimlər üçün düşərgədə əsgər kimi tərbiyə ediblər.

www.yenicag.az

1120